DataLife Engine / Hindistanda binanın damının uçması nəticəsində 6 nəfər ölüb

Hindistanda binanın damının uçması nəticəsində 6 nəfər ölüb

Hindistanın Nyu-Delhi şəhərində Hümayun Türbəsi tarixi kompleksində binanın damının uçması nəticəsində 6 nəfər ölüb, 11 nəfər yaralanıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Əvvəlcə, Hümayun məqbərəsinin günbəzinin özünün dağıldığı bildirilsə də, bu, təsdiqini tapmayıb. Telekanalın məlumatına görə, türbəyə bitişik binanın damı uçub. Dağıntılar altında təxminən 20 nəfər olub, onlardan 11-i xilas edilərək xəstəxanaya çatdırılıb. 6 nəfər isə ölüb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Dağıntılar təmizləndikdən sonra ətraflı texniki ekspertizanın aparılması planlaşdırılır.

VIDEO | Delhi: A portion of the structure at Humayun’s Tomb collapses, and some are feared trapped. More details awaited

(Full video available on PTI Videos - https://t.co/n147TvqRQz) pic.twitter.com/WEvDcD0TLq

— Press Trust of India (@PTI_News) August 15, 2025
15-08-2025, 23:00
Вернуться назад