Hindistanda binanın damının uçması nəticəsində 6 nəfər ölüb
Hindistanın Nyu-Delhi şəhərində Hümayun Türbəsi tarixi kompleksində binanın damının uçması nəticəsində 6 nəfər ölüb, 11 nəfər yaralanıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Əvvəlcə, Hümayun məqbərəsinin günbəzinin özünün dağıldığı bildirilsə də, bu, təsdiqini tapmayıb. Telekanalın məlumatına görə, türbəyə bitişik binanın damı uçub. Dağıntılar altında təxminən 20 nəfər olub, onlardan 11-i xilas edilərək xəstəxanaya çatdırılıb. 6 nəfər isə ölüb.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Dağıntılar təmizləndikdən sonra ətraflı texniki ekspertizanın aparılması planlaşdırılır.
VIDEO | Delhi: A portion of the structure at Humayun’s Tomb collapses, and some are feared trapped. More details awaited
— Press Trust of India (@PTI_News)
(Full video available on PTI Videos - )
Oxşar xəbərlər
Yeni Dehlidə Hümayun türbəsi uçub, ölənlər var
Hindistanda binanın uçması nəticəsində 11 nəfər ölüb, yaralılar var
Dominikanda klubun damının uçması nəticəsində ölənlərin sayı 231-ə çatıb
Hindistanda məktəbin damının uçması nəticəsində azı 6 uşaq həlak olub
Pakistanda partlayış nəticəsində binanın damı uçub, altı nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













