Главная > Digər ölkələr > ABŞ "Abrams" tanklarının ikinci partiyasını Tayvana verib
ABŞ "Abrams" tanklarının ikinci partiyasını Tayvana verib29-07-2025, 00:30. Разместил: Rss Bot Report |
|
ABŞ Tayvana “M1A2T Abrams” tanklarının ikinci partiyasını göndərib. “Report” xəbər verir ki, bu barədə “Taipei Times” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, 42 tank bazar günü göndərilib və adanın şimal-qərbindəki Sinçju əyalətindəki tank təlimi bölməsinə köçürülüb. Qeyd edək ki, 2,2 milyard dəyərində 108 ədəd “Abrams” tankının satışına dair razılaşma 2019-cu ildə Tayvanın müdafiə qabiliyyətinin gücləndirilməsi səyləri çərçivəsində Vaşinqton tərəfindən təsdiqlənib. 38 avtomobildən ibarət ilk partiya 2024-cü ilin sonunda təhvil verilib və artıq “Hanquan-2025” təlimləri zamanı istifadə olunub. Üçüncü və son partiyanın (28 tank) 2026-cı ildə verilməsi gözlənilir. Вернуться назад |