Главная > Digər ölkələr > Rusiyanın Xersona zərbələri nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb
Rusiyanın Xersona zərbələri nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb23-07-2025, 21:00. Разместил: Rss Bot Report |
|
Rusiyanın Ukraynanın Xerson vilayətində pilotsuz uçuş aparatları (PUA) və artilleriyadan istifadə etməklə endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb. “Report” xəbər verir ki, bu barədə Xerson vilayət prokurorluğunun feysbuk sosial şəbəkəsində yaydığı məlumatda deyilir. “Xersonda işğalçılar PUA-dan partlayıcı ataraq bir qadını öldürüblər. Romaşkovo kəndində PUA-nın avtomobilə hücumu nəticəsində 2 dinc sakin həlak olub, 2-si isə yaralanıb”, - paylaşımda yazılıb. Həmçinin Rusiya dronlarının hücumları nəticəsində Zorevka kəndində iki azyaşlı uşaq, Xersonda isə iki yetkin şəxs yaralanıb. Prokurorluğun bildirdiyinə görə, artilleriya atəşi nəticəsində vilayət mərkəzində, İnqulets və Belozerkada daha 3 mülki şəxs yaralanıb. Bundan başqa, fərdi və çoxmənzilli binalara, qarajlara, nəqliyyat vasitələrinə və biznes obyektlərinə ziyan dəyib. Вернуться назад |