Главная > Digər ölkələr > Almaniyanın SWMH media şirkəti haker hücumuna məruz qalıb

Almaniyanın SWMH media şirkəti haker hücumuna məruz qalıb


22-07-2025, 20:00. Разместил: Rss Bot Report

Almaniyanın ən böyük qəzetlərindən biri olan “Süddeutsche Zeitung”u nəşr edən “Südwestdeutsche Medienholding” (SWMH) media şirkəti haker hücumuna məruz qalıb.

Bu barədə “Sizinxeber.az” TASS-a istinadən xəbər verir.

“Südwestdeutsche Zeitung” informasiya təhlükəsizliyi ilə bağlı kritik insidentlə üzləşib. Üçüncü şəxslər SWMH şəbəkəsinə qısa zamanda daxil ola biliblər. SWMH bu girişi bloklayıb”, - media holdinqdən bildirilib.

Hakerlər şirkətin mərkəzi şəbəkəsinə hücum ediblər, lakin insident onlayn platformaların fəaliyyətinə və qəzetlərin nəşrinə təsir etməyib. Bütün nəşrlər həmişəki kimi nəşr olunmağa davam edir.

SWMH-dən vurğulanıb ki, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq çərçivəsində hakerlərin şəxsiyyətinin və məqsədlərinin müəyyən edilməsi istiqamətində iş aparılır. Şirkət həmçinin gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün kibertəhlükəsizlik tədbirlərini gücləndirmək niyyətindədir.


Вернуться назад