Главная > Digər ölkələr > KİV: İsrail Suriyanın hərbi obyektlərinə hücumları dayandıracağına söz verib
KİV: İsrail Suriyanın hərbi obyektlərinə hücumları dayandıracağına söz verib16-07-2025, 03:30. Разместил: Rss Bot Report |
|
İsrail ABŞ Prezidenti Donald Tramp administrasiyasının müvafiq tələbindən sonra iyulun 15-də Suriyanın hərbi obyektlərinə hücumları dayandıracağına söz verib. "Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən yazıb. Məlumata görə, Suriya hökuməti Əs-Suveyda bölgəsinə tankların göndərilməsi barədə İsraili əvvəlcədən xəbərdar edib və bunun bölgədə asayişin bərpası üçün edildiyini vurğulayıb. Xatırladaq ki, iyulun 13-də ölkənin cənubundakı Əs-Suveyda əyalətində toqquşmalar baş verib. Şiddətli atışmalarda azı 46 druz, 28 bədəvi və daha 4 mülki şəxs həlak olub. Вернуться назад |