Главная > Digər ölkələr > Polşada fırtına və daşqınlar nəticəsində bir sıra evlər dağılıb
Polşada fırtına və daşqınlar nəticəsində bir sıra evlər dağılıb8-07-2025, 08:00. Разместил: Rss Bot Report |
|
Fırtınalar və güclü küləklər Polşada binaların dağılmasına və ağacların aşmasına səbəb olan daşqına səbəb olub. “Sizinxeber.az”un xəbərinə görə, bu barədə iyulun 7-də “Gazeta.pl” portalı məlumat yayıb. Polşanın bir çox bölgələrində çoxlu dağıntılar olub. Boxnya və Bjesko bölgələrində fırtına səbəbindən ağaclar aşıb və lokal daşqın baş verib. Həmçinin bir sıra binaların damları da zədələnib", - portalın məlumatında deyilir. Karpatətrafı voyevodluğun sakinlərinin elektriksiz qaldıqları da bildirilir. "Yanğınsöndürənlər qırılan budaqları və ağacları yollardan, səkilərdən, evlərdən və elektrik xətlərindən təmizləyiblər", - portal bildirib. Вернуться назад |