Главная > Digər ölkələr > Belarusda müxalifətçi Sergey Tixanovski azad edilib
Belarusda müxalifətçi Sergey Tixanovski azad edilib21-06-2025, 18:30. Разместил: Rss Bot Report |
|
Belarus müxalifətçisi Sergey Tixanovski azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Belarus KİV-i məlumat yayıb. Onun azad edilməsi Belarus lideri Aleksandr Lukaşenkonun ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq ilə görüşü fonunda baş verib. Qeyd edək ki, S.Tixanovski 29 may 2020-ci ildə saxlanılıb. 2021-ci il dekabrın 14-də isə kütləvi iğtişaşların təşkili, Mərkəzi Seçki Komissiyasının işinə maneə törətmə və ictimai asayişi kobud şəkildə pozan hərəkətlərin təşkili maddələri ilə 18 il həbs cəzasına məhkum edilib. Вернуться назад |