BMT: May ayından bəri 1 milyona yaxın fələstinli Qəzza zolağından məcburi köçürülüb
İsrailin may ayında Rəfahda əməliyyatı aktivləşdirməsindən sonra Qəzza zolağında 1 milyona yaxın fələstinli yenidən məcburi köçkün vəziyyətinə düşüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk Cenevrədə fəaliyyətə başlamış BMT İnsan Hüquqları Şurasının 56-cı sessiyasında rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında hesabatı təqdim edərkən bildirib.
“Qəzzada münaqişə tərəflərinin beynəlxalq insan haqları və humanitar qanunlara məhəl qoymamasından dəhşətə gəlmişik. Mayın əvvəlində İsrailin Rəfahda hərbi əməliyyatını gücləndirdiyi vaxtdan bəri 1 milyona yaxın fələstinli yenidən məcburi köçkün vəziyyətinə düşüb, yardımın çatdırılması və onlara çıxış imkanları daha da pisləşib. Digər tərəfdən, fələstinli silahlı qruplaşmalar bəzi hallarda əhalinin sıx məskunlaşdığı ərazilərdə çoxlu sayda girovu saxlamağa davam edərək onları və Fələstinin mülki əhalisini daha böyük risk altında saxlayır”, - o deyib.
BMT-nin insan hüquqları üzrə ali komissarı vurğulayıb ki, girovlar azad edilməlidir.
Oxşar xəbərlər
Qəzza əhalisinin 1 faizi öldürülüb - Diplomat [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ali komissar: Dünyada 55 silahlı münaqişə mövcuddur [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail bu gün 39 fələstinli məhbusu azad edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusunun itkiləri 604 nəfərə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzzada 6 min insan itkindir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












