

ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
Rusiya ordusundakı hərbçilərin sayını artıracaq və uzun illər NATO üçün problem olaraq qalacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ABŞ-nin Avropa Komandanlığının rəhbəri general Kristofer Kavoli deyib.
O bildirib ki, Ukraynadakı müharibənin necə bitməsindən asılı olmayaraq, Rusiya təhlükə mənbəyi olaraq qalacaq. “Onlar ittifaq üçün uzunmüddətli təhlükə yaradacaqlar. Bizim Rusiya ilə böyük problemimiz olacaq”, - K.Kavoli Vaşinqton Atlantik Şurasında çıxışı zamanı söyləyib.
“Rusiya hərbi personalının sayını artıracaq. Onlar artıq belə planlarının olduğunu açıqlayıblar. Bu məqsədlərə nail olmaq üçün artıq sənaye istehsalını və kadrların işə qəbulunu artırıblar. Onlar itkilərini ən qısa zamanda bərpa etməyə çalışacaqlar”, - general əlavə edib.
Oxşar xəbərlər
General: NATO Rusiya ilə müharibə istəmir
İlham Əliyev: Azərbaycan-NATO tərəfdaşlığının uzun tarixi var
Stoltenberq: NATO münaqişə bitdikdən sonra uzun illər Ukraynaya kömək etməlidir
Rusiyada hərbçilərin sayı 1,5 milyona çatdırılacaq
Putin ölkəsinin Ukraynadakı durumla bağlı Qərblə danışıqlara hazır olduğunu deyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ və Səudiyyə Ərəbistanı təxminən 142 milyard dollar dəyərində müdafiə sazişi imzalayıb
-
Rəsmi Ankara Türkiyədə keçiriləcək Rusiya - Ukrayna müzakirələrinə ümidlə yanaşır
-
Milli Məclisdə TBMM-nin nümayəndə heyəti ilə görüş olub
-
Azərbaycanla CİAT arasında əməkdaşlıq memorandumu imzalanıb
-
Zelenski: Trampın Türkiyədəki danışıqlarda iştirakı Putinin iştirakı üçün təkan olacaq
-
Tramp ticarət sazişinə görə Si Tszinpinlə görüşə bilər
