Çexiyalı fermerlər mayın 22-də Praqada etiraz aksiyası keçirəcək
Çexiyalı fermerləri mayın 22-də Praqada hökumətin kənd təsərrüfatı siyasətinə qarşı etiraz aksiyaları keçirməyi planlaşdırırlar.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə CTK agentliyi məlumat yayıb.
Aksiyanın təşkilatçıları Çexiya Aqrar Palatasının rəhbərlik etdiyi fermer birlikləridir. Agentliyin məlumatına görə, aksiya kütləvi xarakter daşıyacaq.
“İndi bizim bu etirazlarla ictimaiyyətin diqqətini həqiqətən böyük problemlərimiz olduğuna yönəltməkdən başqa çarəmiz yoxdur. Bu problemləri həll etmək lazımdır”, - agentlik Aqrar Palatanın prezidenti Yan Dolejaldan sitat gətirib.
Xatırladaq ki, bu ilin fevral və mart aylarında Çexiyada fermerlərin böyük etiraz aksiyaları keçirilib. Aksiya iştirakçıları Nazirlər Kabinetini kəndin ehtiyaclarına və ümumilikdə kənd təsərrüfatındakı problemlərə diqqəti xeyli artırmağa çağırırdı. O cümlədən, əkin sahələrinin mülkiyyətinə görə vergi dərəcəsinin 2023-cü il səviyyəsinə qaytarılması, kəndlərdə əmək şəraitinin yaxşılaşdırılması, heyvandarlığa dövlət subsidiyalarının azaldılmasından imtina edilməsi və Aİ fondlarından dotasiyalar üzrə vergidən azadolunma tələb edilirdi.
Oxşar xəbərlər
Parisdə fermerlərin aksiyasında Avropa İttifaqının bayrağı tapdalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Londonun mərkəzində fermerlər etiraz aksiyası keçiriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsveç polisi Quranın yandırılmasına icazə verdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransada fermerlər sərgiyə gələn Makrona etiraz ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransada etiraz edən fermerlərə qarşı zirehli maşınlardan istifadə edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












