İran Suriyaya uçuşları yanvarın 22-nə qədər dayandırıb
sizinxeber.az xəbər saytı

İran Suriyaya uçuşları yanvarın 22-nə qədər dayandırıb


İran şirkətləri Dəməşqdəki yeni hakimiyyətlə razılaşmanın olmaması ilə əlaqədar Suriyaya bütün uçuşları yanvarın 22-nə qədər ləğv edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Hüseyn Purfərzanə məlumat verib.

"Hazırda Suriyaya uçuşlar yanvarın 22-nə qədər qadağan edilsə də, Livana aviareyslərlə bağlı heç bir məhdudiyyət yoxdur", - o bildirib.

Təşkilatın rəhbəri əlavə edib ki, uçuşların bərpası üçün təyinat ölkəsinin icazəsi lazımdır.

Onun sözlərinə görə, Misirlə də bağlı eyni vəziyyət mövcuddur.

"Hər iki ölkənin hakimiyyəti razılığa gəlməlidir ki, biz İrandan Misirə və geriyə uçuşlar həyata keçirə bilək", - H.Purfərzanə əlavə edib.

Oxşar xəbərlər

İran oktyabrın 7-si səhərə qədər uçuşları ləğv edib
İranın hava limanları fəaliyyətlərini bərpa edib - YENİLƏNİB
İran bütün uçuşları ləğv edib
Tehrandan uçuşlar təxirə salınıb
“Air France” Beyruta uçuşları avqustun 8-nə qədər ləğv edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle