sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Venesuela Prezidenti Karakasda gözlənilən terror aktından danışıb
Venesuela Prezidenti Nikolas Maduro yaraqlıların Karakasda terror aktı törətməyi planlaşdırdıqlarını bildirib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Venesuela lideri Miraflores sarayında keçirdiyi mətbuat konfransı zamanı danışıb.
Onun sözlərinə görə, qumbara və digər silahlarla təchiz edilən muzdlu qrupun üzvləri Karakasın Bellomonte bölgəsinə hücum etmək niyyətindədirlər. O, yaraqlıların bəzilərinin paytaxta Zuliya əyalətindən gəldiyini izah edib.
“Onlar artıq prezident seçkilərindən sonra paytaxt Petare bələdiyyəsində baş verən iğtişaşlarda iştirak etmişdilər”.
Şənbə günü Karakasda Maduro tərəfdarları və müxalifətin kütləvi nümayişləri keçirilməlidir.
Oxşar xəbərlər
İlham Əliyev Venesuela Prezidentini təbrik edib
Maduro Venesuelada keçirilən prezident seçkilərində qalib gəlir
Venesuela lideri dünyanın ən güclü seçki sisteminə sahib olduqlarını bildirib
Prezident İlham Əliyev Nikolas Maduronu təbrik edib
Mask Maduro ilə döyüşməyə razılaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













