“Bloomberg”: Ukrayna “F-16” qırıcılarının ilk partiyasını alıb
NATO müttəfiqlərindən “F-16” qırıcılarının ilk kiçik partiyası Ukraynaya çatdırılıb.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, son aylarda Qərb ölkələrində təlim keçən ukraynalı pilotların dərhal döyüş təyyarələrindən istifadəyə başlaya biləcəkləri və ya prosesin daha uzun çəkəcəyi hələlik bəlli deyil.
Agentlik “F-16”ları Kiyevə göndərən ölkələrin adını və qırıcıların sayını açıqlamayıb, lakin eyni zamanda onların verilməsini “çoxdan gözlənilən addım” kimi dəyərləndirib.
Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Qərb ölkələrinin Kiyevə vəd etdiyi “F-16”ları hələ də göndərmədiyini bildirmişdi. İyulun 10-da Ağ Evin mətbuat xidməti Danimarka, Niderland və ABŞ liderlərinin Ukraynaya “F-16” qırıcılarının verilməsi planları barədə birgə bəyanat yayıb. ABŞ Prezidenti Co Bayden NATO müttəfiqlərinin ukraynalı pilotların artıq bu yaydan “F-16”lardan istifadə etməsini təmin etmək üçün çalışdıqlarını söyləyib.
Oxşar xəbərlər
Bloomberg: F-16-ların ilk partiyası Ukraynaya çatdırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukraynalı pilotlar üçün Britaniyada keçirilən təlimlər başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"New-York Times": İngilis dili və Qərb texnologiyaları ukraynalı pilotların F-16 təlimini gecikdirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Stoltenberq NATO-Ukrayna Şurasının iclasını çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski: Bəzi dövlətlər Ukraynaya xəyanət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












