Polşanın Baş naziri Budapeşti tənqid edib
sizinxeber.az xəbər saytı

Polşanın Baş naziri Budapeşti tənqid edib


Polşanın Baş naziri Donald Tusk ABŞ, Rusiya və Ukrayna prezidentlərinin iştirakı ilə keçiriləcək üçtərəfli görüş üçün potensial məkan kimi Macarıstanın paytaxtı Budapeştin seçilməsinə şübhə ilə yanaşıb.

“Sizinxeber.az”un Avropa bürosunun məlumatına görə, bu barədə Polşa hökumətinin başçısı bu gün sosial şəbəkə hesabında yazıb.

Tuskun fikrincə, Macarıstan Ukrayna üçün ən uğurlu seçim deyil, çünki bu, 1994-cü ildə ABŞ, Böyük Britaniya və Rusiya arasında imzalanmış və nüvəsizləşdirmə öhdəliyi müqabilində Ukraynaya müstəqillik, suverenlik və sərhədlərinə hörmət zəmanəti verən Budapeşt memorandumunu xatırladır.

"Budapeşt? Bəlkə də hamının yadında deyil, lakin 1994-cü ildə Ukrayna artıq ABŞ, Rusiya və Böyük Britaniyadan ərazi bütövlüyünə dair zəmanətlər almışdı. Budapeştdə. Ola bilsin, mən mövhumatçıyam, lakin bu dəfə başqa yer tapmağa çalışardım", - o yazıb.

Ağ Evin mətbuat katibi Karolin Levitt Budapeştin görüş yeri kimi nəzərdən keçirildiyini hələ təsdiqləməyib.

Oxşar xəbərlər

Zelenski Starmerlə ABŞ və Rusiya prezidentlərinin qarşıdakı görüşü ilə bağlı gözləntiləri müzakirə edib
Besset: Rusiya-ABŞ-Ukrayna sammiti Budapeştdə keçirilə bilər
Peskov: Macarıstan Rusiya ilə Ukrayna arasında danışıqlar platforması kimi müzakirə olunmayıb
Avropa liderləri Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər
Rutte və Tusk Trampla Ukrayna üzrə danışıqlara qatılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər