Главная > Avropa > Makron: Qrenlandiyanın ABŞ-la qarşıdurma zonasına çevrilməsini istəmirik
Makron: Qrenlandiyanın ABŞ-la qarşıdurma zonasına çevrilməsini istəmirik11-06-2025, 01:00. Разместил: Rss Bot Apa |
|
Fransa Prezidenti Emmanuel Makron Qrenlandiyanın ABŞ-la qarşıdurma zonasına çevrilməsinin əleyhinə olduğunu bildirib. “Qrenlandiya Arktika regionuna daxildir və biz Arktikada olduğu kimi burada da beynəlxalq razılaşmaların imzalanmasını istəyirik. Bu sazişlər həmin ərazidə fəaliyyətin tənzimlənməsinə xidmət etməlidir. Biz bu bölgəni qorumaq, alimlərin tədqiqat işlərinə şərait yaratmaq istəyirik. Amma eyni zamanda onun qarşıdurma zonasına çevrilməsinə qətiyyən yol vermək istəmirik”, – deyə Makron qeyd edib. Вернуться назад |