Makron: Qrenlandiyanın ABŞ-la qarşıdurma zonasına çevrilməsini istəmirik
Fransa Prezidenti Emmanuel Makron Qrenlandiyanın ABŞ-la qarşıdurma zonasına çevrilməsinin əleyhinə olduğunu bildirib.
APA xəbər verir ki, Fransa lideri bunu "France 2" telekanalına müsahibəsində bildirib.
Makron bu ərazidə fəaliyyətləri tənzimləyəcək beynəlxalq sazişlərin qəbulunun vacibliyini vurğulayıb.
“Qrenlandiya Arktika regionuna daxildir və biz Arktikada olduğu kimi burada da beynəlxalq razılaşmaların imzalanmasını istəyirik. Bu sazişlər həmin ərazidə fəaliyyətin tənzimlənməsinə xidmət etməlidir. Biz bu bölgəni qorumaq, alimlərin tədqiqat işlərinə şərait yaratmaq istəyirik. Amma eyni zamanda onun qarşıdurma zonasına çevrilməsinə qətiyyən yol vermək istəmirik”, – deyə Makron qeyd edib.
Oxşar xəbərlər
Makron Arktikada təhlükəsizlik məsələlərinin müzakirəsi üçün Qrenlandiyaya səfər edəcək
Makron: İstefa vermək niyyətində deyiləm
Makron İsveçə səfər edəcək
Makron: Üçüncü prezidentlik müddəti haqqında düşünmürəm
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
Bakı metrosunda qatarların intervalında yubanmalar müşahidə olunur
-
Oman sahillərində tanker atəşə tutulub
