Ukrayna nümayəndə heyəti Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bu gün keçirilməsi planlaşdırılan danışıqlar üçün İstanbula gedib.
APA xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb.
Rusiya-Ukrayna danışıqlarının Çırağan Sarayında yerli vaxtla saat 13:00-da başlaması planlaşdırılır.
Danışıqlarda Rusiya nümayəndə heyətinə Putinin köməkçisi Vladimir Medinski, Ukrayna tərəfinə isə müdafiə naziri Rustem Umerov başçılıq edir.
Danışıqların birinci raundu mayın 16-da baş tutub. Görüşün yekunu üzrə tərəflər bir-birlərinə gələcək mümkün atəşkəslə bağlı vizyonu təqdim etmək barədə razılığa gəliblər.