Главная > Avropa > Finlandiya Rusiya ilə sərhədə nəzarət üçün süni intellektdən istifadə edəcək
Finlandiya Rusiya ilə sərhədə nəzarət üçün süni intellektdən istifadə edəcək21-05-2025, 20:50. Разместил: Rss Bot Apa |
|
Finlandiya hökuməti Rusiya ilə sərhədin monitorinqi üçün süni intellekt texnologiyalarını tətbiq etməyi planlaşdırır.
Məlumata görə, sərhəd boyunca quraşdırılan kameralar artıq insanları və heyvanları bir-birindən ayırd edə bilir. Finlandiya sərhəd xidmətinin nümayəndəsi Esa Veikkanenin sözlərinə görə, sistem elə tənzimlənib ki, heyvanlara görə həyəcan siqnalı işə düşmür. Qeyd olunur ki, kameralar gecəgörmə və infraqırmızı işıqlandırma funksiyaları ilə təchiz olunacaq. Yeni texnologiyanın əsas məqsədi sərhəd təhlükəsizliyini gücləndirmək və qeyri-qanuni keçidlərin qarşısını daha effektiv şəkildə almaqdır. Вернуться назад |