Finlandiya Rusiya ilə sərhədə nəzarət üçün süni intellektdən istifadə edəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
may
2025
20:50
0
0
1 657
ff aaaaaaa

Finlandiya Rusiya ilə sərhədə nəzarət üçün süni intellektdən istifadə edəcək

21 may, 2025
20:50
1 657

Finlandiya Rusiya ilə sərhədə nəzarət üçün süni intellektdən istifadə edəcək

Finlandiya hökuməti Rusiya ilə sərhədin monitorinqi üçün süni intellekt texnologiyalarını tətbiq etməyi planlaşdırır.


Sizinxeber.az xəbər verir ki, bu barədə ölkənin "Yle" telekanalı məlumat yayıb.

Məlumata görə, sərhəd boyunca quraşdırılan kameralar artıq insanları və heyvanları bir-birindən ayırd edə bilir. Finlandiya sərhəd xidmətinin nümayəndəsi Esa Veikkanenin sözlərinə görə, sistem elə tənzimlənib ki, heyvanlara görə həyəcan siqnalı işə düşmür.

Qeyd olunur ki, kameralar gecəgörmə və infraqırmızı işıqlandırma funksiyaları ilə təchiz olunacaq. Yeni texnologiyanın əsas məqsədi sərhəd təhlükəsizliyini gücləndirmək və qeyri-qanuni keçidlərin qarşısını daha effektiv şəkildə almaqdır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul