Главная > Avropa > Zelenski: Faydalı qazıntılar üzrə razılaşma ədalətlidir və Ali Radaya ratifikasiya üçün təqdim olunacaq
Zelenski: Faydalı qazıntılar üzrə razılaşma ədalətlidir və Ali Radaya ratifikasiya üçün təqdim olunacaq1-05-2025, 23:50. Разместил: Rss Bot Apa |
|
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə faydalı qazıntılar sahəsində əməkdaşlığa dair sazişin bərabərhüquqlu olduğunu və yaxın vaxtlarda ratifikasiya üçün Ukrayna Ali Radasına təqdim ediləcəyini bildirib. “Razılaşma əldə olunub, imzalanıb və ratifikasiya üçün Ali Radaya göndəriləcək. Biz maraqlıyıq ki, bu sənədlə bağlı heç bir yubadılma olmasın”, – ölkə lideri qeyd edib. Dövlət başçısı saziş üzərində çalışan hökumət komandasını təqdir edib və qeyd edib ki, sənəd hazırlanma prosesində əhəmiyyətli dərəcədə dəyişib. Onun sözlərinə görə, indi bu, doğrudan da bərabərhüquqlu bir razılaşmadır və Ukraynaya mühüm investisiyaların cəlb olunmasına, eləcə də ölkədə istehsalat sahələrinin ciddi şəkildə modernləşdirilməsinə imkan yaradır. Вернуться назад |