Главная > Avropa > Gürcüstan XİN Rusiyanın Abxaziyadakı hava limanından qanunsuz istifadəsinə dair etiraz bəyanatı yayıb
Gürcüstan XİN Rusiyanın Abxaziyadakı hava limanından qanunsuz istifadəsinə dair etiraz bəyanatı yayıb1-05-2025, 21:00. Разместил: Rss Bot Apa |
|
Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanın Abxaziya bölgəsində yerləşən Suxumi Hava Limanından qanunsuz istifadəsinə dair etiraz bəyanatı yayıb. “Rusiya aviaşirkətinin 2025-ci il mayın 1-də işğal olunmuş Abxaziya bölgəsinə qanunsuz uçuş həyata keçirməsi, eləcə də işğal rejimi ilə bağlanmış Suxumi Hava Limanının Rusiyaya verilməsi və istismarı haqqında qondarma saziş Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü, işğal altındakı ərazilərə dair qanununu, beynəlxalq hüququn əsas norma və prinsiplərini, o cümlədən həm Gürcüstanın, həm də Rusiya Federasiyasının üzv olduğu BMT Nizamnaməsini və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Konvensiyasını kobud şəkildə pozur”, -bəyanatda qeyd edilib. Вернуться назад |