Главная > Avropa > Ukrayna üzrə növbəti danışıqlar turu gələn həftə Londonda keçiriləcək
Ukrayna üzrə növbəti danışıqlar turu gələn həftə Londonda keçiriləcək18-04-2025, 02:50. Разместил: Rss Bot Apa |
|
Fransanın xarici işlər naziri Jan-Noel Barro bəyan edib ki, Ukraynada müharibənin dayandırılması ilə bağlı növbəti danışıqlar raundu gələn həftə Londonda baş tutacaq. APA "Azadlıq Radiosu"na istinadən xəbər verir ki, bu barədə Barro Parisdə ABŞ, Fransa, Böyük Britaniya, Almaniya və Ukrayna nümayəndələrinin görüşündən sonra məlumat verib. “Bu açıq və səmimi müzakirələr Avropa ölkələrinin, ukraynalıların və amerikalıların mövqelərinin yaxınlaşmasına kömək etdi. Tərəflər gələn həftə Londonda növbəti dəfə bir araya gəlmək barədə razılığa gəldilər”, – deyə fransalı diplomat vurğulayıb. Вернуться назад |