Главная > Avropa > Almaniyanın ifrat sağçı partiyası ilk dəfə əyalət seçkilərində qalib gəlir

Almaniyanın ifrat sağçı partiyası ilk dəfə əyalət seçkilərində qalib gəlir


1-09-2024, 21:50. Разместил: Rss Bot Apa

Almaniyanın ifrat sağçı Almaniya üçün Alternativ Partiyası (AfD) ilkin nəticələrə görə, ilk dəfə Türingiyada keçirilən əyalət seçkilərində qalib gəlir.

APA xəbər verir ki, bu, 1938-ci ildən bəri bölgədə sağçı partiyanın ilk qələbəsidir. Bu barədə “exit-poll”un nəticələrində bildirilir.

AfD-nin şərqdəki Türingiya əyalətində 30,5% səs qazanaraq sağ mərkəzçi Xristian Demokratları (CDU) təxminən 6% qabaqladığı görülür.

Bu seçkilər gələn il keçiriləcək federal seçkilər ərəfəsində Kansler Olaf Şolts və onun sol-liberal koalisiya hökuməti üçün bir sınaq kimi qiymətləndirilir.

Nəticələr göstərir ki, əksər seçicilər öz iqtisadi rifahlarından narahatdırlar və hakimiyyətdən qeyri-qanuni miqrasiyanın dayandırılması və daxili təhlükəsizlik təhdidlərinin aradan qaldırılması üçün daha sərt tədbirlər tələb edirlər.


Вернуться назад