Главная > Avropa > Ukrayna Tramp-Putin görüşünü üç meyarla qiymətləndirəcək
Ukrayna Tramp-Putin görüşünü üç meyarla qiymətləndirəcək15-08-2025, 21:50. Разместил: Rss Bot Apa |
|
“Ukrayna ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında keçiriləcək görüşün nəticələrini üç meyarla qiymətləndirəcək.” APA xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib. Podolyakın dediyi üç meyar aşağıdakı kimidir: 1. Atəşin dərhal, qeyd-şərtsiz və tam dayandırılması. "Ərazilərin alqı-satqısı nəzərdə tutulmur, işğal olunmuş ərazilərə xüsusi status verilmir. Əvvəlcə insan ölümləri dayandırılır, sonra siyasət başlayır. Aydındır ki, prezident Tramp Alyaskanı başqasının ssenarisində əlavə olaraq deyil, sülhməramlı kimi tərk etmək istəyir", - Podolyak bildirib. O əlavə edib ki, bu, yalnız atəşkəs rejiminin bir neçə saat ərzində həyata keçirilməsi şərtilə mümkündür. O qeyd edib ki, bu baş verməsə, sərt təzyiq alətləri avtomatik olaraq tətbiq edilməlidir. Вернуться назад |