Ukrayna Tramp-Putin görüşünü üç meyarla qiymətləndirəcək
“Ukrayna ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında keçiriləcək görüşün nəticələrini üç meyarla qiymətləndirəcək.”
APA xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
Podolyakın dediyi üç meyar aşağıdakı kimidir:
1. Atəşin dərhal, qeyd-şərtsiz və tam dayandırılması.
2. Moskvanın veto hüququ olmadan Ukrayna və Avropa ilə razılaşdırılmış, gələcək sülh prosesinin prinsipləri. Xüsusən də real üçtərəfli danışıqlar formatı.
3. Rusiya resurslarının alıcıları olan bütün digər ölkələrə aydın siqnal: müharibəyə dəstək təcrid və bazarların itirilməsi deməkdir. Sanksiyalar.
"Ərazilərin alqı-satqısı nəzərdə tutulmur, işğal olunmuş ərazilərə xüsusi status verilmir. Əvvəlcə insan ölümləri dayandırılır, sonra siyasət başlayır. Aydındır ki, prezident Tramp Alyaskanı başqasının ssenarisində əlavə olaraq deyil, sülhməramlı kimi tərk etmək istəyir", - Podolyak bildirib.
O əlavə edib ki, bu, yalnız atəşkəs rejiminin bir neçə saat ərzində həyata keçirilməsi şərtilə mümkündür.
O qeyd edib ki, bu baş verməsə, sərt təzyiq alətləri avtomatik olaraq tətbiq edilməlidir.
Oxşar xəbərlər
Tramp: Düşünürəm ki, Putin və Zelenski Ukrayna münaqişəsinin həllinə razılaşacaqlar
Rəsmi Moskva: Putin və Tramp arasında görüş razılaşdırılıb
Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir
Putin: Rusiya Ukrayna ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır
Kreml Putin-Tramp danışığının detallarını açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq
-
"Milan" rəhbərliyi idarəetmə strukturunda dəyişikliklər planlaşdırır
-
"AccessBank", "AmCham Azerbaijan" və "Neurotime" süni intellekt hakatonunun qaliblərini elan edib
