Главная > Avropa > Rusiya Odessaya dronlarla genişmiqyaslı hücum həyata keçirib
Rusiya Odessaya dronlarla genişmiqyaslı hücum həyata keçirib24-07-2025, 08:50. Разместил: Rss Bot Apa |
|
Rusiya Odessaya kütləvi dron hücumu həyata keçirib. Sizinxeber.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb. “Şəhərdə bir neçə yanğın baş verib. Çoxmərtəbəli yaşayış binasında iki mərtəbə, iki mərtəbəli evin damı, ticarət pavilyonları və yanacaqdoldurma məntəqəsi yanıb. Həmçinin, UNESCO-nun qoruması altında olan memarlıq abidələrinə ziyan dəyib. Xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir. Bütün səlahiyyətli qurumlar Rusiya hücumunun nəticələrinin aradan qaldırılması üçün işə başlayıblar,” – məlumatda belə qeyd olunub. Вернуться назад |