Rusiya Odessaya dronlarla genişmiqyaslı hücum həyata keçirib
Rusiya Odessaya kütləvi dron hücumu həyata keçirib.
Sizinxeber.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.
Odessa Regional Dövlət Administrasiyasının rəhbəri Oleg Kiper bildirib ki, hava hücumundan müdafiə vasitələrinin fəal işləməsinə baxmayaraq, mülki infrastrukturda ziyan dəyib.
“Şəhərdə bir neçə yanğın baş verib. Çoxmərtəbəli yaşayış binasında iki mərtəbə, iki mərtəbəli evin damı, ticarət pavilyonları və yanacaqdoldurma məntəqəsi yanıb. Həmçinin, UNESCO-nun qoruması altında olan memarlıq abidələrinə ziyan dəyib. Xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir. Bütün səlahiyyətli qurumlar Rusiya hücumunun nəticələrinin aradan qaldırılması üçün işə başlayıblar,” – məlumatda belə qeyd olunub.
Oxşar xəbərlər
Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Rusiya Kiyevə kamikadze dronlarla hücum edib: yaralananlar var
Ötən gecə Rusiya Odessaya hava zərbələri endirib, 13 nəfər xəsarət alıb
Rusiya Kiyevə ballistik raketlər və kamikadze dronlarla hücum edib, yaralananlar var - YENİLƏNİB
Rusiya Odessaya dron zərbəsi endirib, ölən var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













