Главная > Avropa > Umerov İstanbulda Rusiya ilə aparılan danışıqların nəticələrindən danışıb
Umerov İstanbulda Rusiya ilə aparılan danışıqların nəticələrindən danışıb24-07-2025, 00:00. Разместил: Rss Bot Apa |
|
Ukrayna Rusiya tərəfinə avqustun sonunadək liderlər səviyyəsində görüş keçirməyi təklif edib. Onun sözlərinə görə, təklif edilən liderlər görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və ABŞ Prezidenti Donald Trampın da iştirakı nəzərdə tutulur. Nazir əlavə edib ki, tərəflər hərbi və mülki əsirlərin növbəti mərhələdə qarşılıqlı qaytarılması barədə razılığa gəliblər. Bununla belə, əsir mübadiləsi üzrə yeni danışıqlar raundunun keçirilməyəcəyi qeyd olunub. “Rusiya ilə Ukrayna arasında humanitar mübadilədə 1200-dən çox şəxsin iştirakı nəzərdə tutulur. Eyni zamanda, əsir və mülki şəxslərin geri qaytarılmasının növbəti mərhələləri də müzakirə olunub. Rusiya tərəfi üç ildən artıq müddətdir əsirlikdə olan şəxslərin, o cümlədən ağır yaralıların və gənclərin azad edilməsinə razılıq verib”, – deyə Umerov əlavə edib. Вернуться назад |