Главная > Avropa > Meşə yanğınları İzmirdə yaşayış məntəqələrinə çatıb, bəzi ərazilər boşaldılıb
Meşə yanğınları İzmirdə yaşayış məntəqələrinə çatıb, bəzi ərazilər boşaldılıb3-07-2025, 14:50. Разместил: Rss Bot Apa |
|
Türkiyədə meşə yanğınları davam edir. Sizinxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2 təyyarə və 6 helikopter Çeşmə bölgəsində yanğını söndürməyə davam edir. Kənd təsərrüfatı sahəsində başlayan yanğın meşəyə keçib və bəzi ərazilər ehtiyat tədbiri olaraq boşaldılıb. Yanğına görə Çeşmə-İzmir avtomobil yolunda hərəkət dayandırılıb. İzmir Böyükşəhər Bələdiyyə Başçısı Cəmil Tuqay “Çeşmədə güclü külək səbəbiylə böyüyən və yaşayış məntəqələrini təhdid edən böyük bir yanğınla qarşı-qarşıyayıq” deyib. Eyni zamanda, İzmirdə Ödemiş bölgəsindəki yanğın da nəzarət altına alınmayıb. Вернуться назад |