Meşə yanğınları İzmirdə yaşayış məntəqələrinə çatıb, bəzi ərazilər boşaldılıb
sizinxeber.az xəbər saytı

Meşə yanğınları İzmirdə yaşayış məntəqələrinə çatıb, bəzi ərazilər boşaldılıb


Türkiyədə meşə yanğınları davam edir.

Sizinxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2 təyyarə və 6 helikopter Çeşmə bölgəsində yanğını söndürməyə davam edir.

Kənd təsərrüfatı sahəsində başlayan yanğın meşəyə keçib və bəzi ərazilər ehtiyat tədbiri olaraq boşaldılıb.

Yanğına görə Çeşmə-İzmir avtomobil yolunda hərəkət dayandırılıb.

İzmir Böyükşəhər Bələdiyyə Başçısı Cəmil TuqayÇeşmədə güclü külək səbəbiylə böyüyən və yaşayış məntəqələrini təhdid edən böyük bir yanğınla qarşı-qarşıyayıq deyib.

Eyni zamanda, İzmirdə Ödemiş bölgəsindəki yanğın da nəzarət altına alınmayıb.

Oxşar xəbərlər

Türkiyənin İzmir bölgəsində meşə yanğını baş verib
İzmirdə meşə yanğını yaşayış evlərinə çatıb, sakinlər təxliyə olunur
Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər saxlanılıb, daha 3-ü axtarışa verilib
Türkiyənin İzmir vilayətində yanğın davam edir, 16 ev yanıb - VİDEO - YENİLƏNİB
FHN-in amfibiya tipli təyyarəsi İzmir-Berqama istiqamətində meşə yanğınları ilə mübarizəyə cəlb olunub - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər