Главная > Avropa > Ciorcia Meloni Avropa liderləri ilə Yaxın Şərqdəki böhranı müzakirə edib
Ciorcia Meloni Avropa liderləri ilə Yaxın Şərqdəki böhranı müzakirə edib23-06-2025, 03:50. Разместил: Rss Bot Apa |
|
İtaliyanın Baş naziri Ciorcia Meloni Yaxın Şərqdəki böhranın kəskinləşməsi fonunda beynəlxalq tərəfdaşlar və region ölkələrinin rəhbərləri ilə telefon danışıqları aparıb. APA xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb. Telefon danışıqları zamanı münaqişənin daha da genişlənməsinin qarşısını almağın, böhranın siyasi həllinə nail olmağın və tərəflər arasında danışıqların sürətlə bərpası istiqamətində işləməyin zəruriliyi vurğulanıb. Qeyd olunub ki, İtaliya tərəfləri danışıqlar masasına oturtmaq üçün səylərini davam etdirəcək. Вернуться назад |