Главная > Avropa > Macarıstan miqrantları qəbul etmədiyinə görə gündəlik 1 milyon avro cərimənin ləğvini tələb edir
Macarıstan miqrantları qəbul etmədiyinə görə gündəlik 1 milyon avro cərimənin ləğvini tələb edir12-06-2025, 23:50. Разместил: Rss Bot Apa |
|
Macarıstan Avropa İttifaqı Ədalət Məhkəməsinə iddia qaldıraraq, ölkənin miqrantları qəbul etməkdən imtina etdiyinə görə gündəlik 1 milyon avro cərimə ödəməsi barədə qərarın ləğvini tələb edir. Bir il əvvəl Avropa Komissiyasının təşəbbüsü ilə Avropa Ədalət Məhkəməsi Macarıstana qarşı 200 milyon avroluq cərimə qərarı çıxarıb. Qərarı yerinə yetirmədiyi hər günə görə Macarıstana əlavə olaraq 1 milyon avro cərimə hesablanır. Macarıstan hökuməti bildirir ki, bu qərar ölkənin suverenliyini pozur və qeyri-qanuni miqrasiyanı təşviq edir. Вернуться назад |