Gürcüstanın əsas müxalifət koalisiyasının lideri təcridxanaya köçürülüb - VİDEO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Gürcüstanın əsas müxalifət koalisiyasının lideri təcridxanaya köçürülüb - VİDEO - YENİLƏNİB


Gürcüstanın əsas müxalifət koalisiyasının lideri Nika Qvaramia təcridxanaya köçürülüb.

Sizinxeber.az-nın Tbilisi müxbiri yerli KİV-ə istinadən xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyindən Qvaramiyanın vəziyyətinin stabil olduğu və klinikaya köçürülməsinə ehtiyac olmadığı bildirilib.

Qvaramianın Tbilisidəki Diqomi təcridxanasına köçürüldüyü, onun vəkilinin işlə məşğul olduğu qeyd olunub.

17:31

Gürcüstanın əsas müxalifət koalisiyasının lideri Nika Qvaramiya həbs edilib.

Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı DİN yayıb.

Qurumun məlumatına görə, “Dəyişiklik Koalisiyası”nın lideri Nika Qvaramiya inzibati qaydada həbs edilib.


Qeyd edək ki, polis bir neçə saat əvvəl bir sıra müxalifət partiyalarının və təşkilatlarının ofisinə daxil olaraq axtarış aparıb. Qvaramiyanın “Droa” partiyasının ofisində axtarış zamanı polislə fiziki qarşıdurma səbəbilə həbs edildiyi qeyd edilib.

Polisin bundan başqa bir neçə ictimai fəalı saxladığı bildirilir.

Oxşar xəbərlər

Gürcüstanın əsas müxalifət koalisiyasının lideri həbs edilib - VİDEO
Saakaşvilinin partiyası ana müxalifət statusunu itirib
Avropa Parlamenti bu gün Gürcüstanla bağlı qətnamə qəbul edəcək
Gürcüstan parlamentinin mühafizəsi gücləndirilib
Gürcüstanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər