Nazir müavini: Rusiyanın dərinliklərinə zərbələr müharibəni başa çatdıra bilər
sizinxeber.az xəbər saytı

Nazir müavini: Rusiyanın dərinliklərinə zərbələr müharibəni başa çatdıra bilər


Rusiyanın hərbi aviasiyasının Ukrayna səmasındakı üstünlüyünə, törətdiyi raket terroruna və artilleriyasının gücünə ən effektiv cavab uzaqmənzilli raketlərlə bu ölkənin daxilindəki hərbi bazalara, silah arsenalına, eləcə də müdafiə sənayesi komplekslərinə zərbə endirilməsi olacaq.

APA-nın məlumatına görə, bunu Ukraynanın müdafiə nazirinin birinci müavini İvan Qavrilyuk deyib. Onun fikirləri nazirliyin “Teleqram” kanalında paylaşılıb.

Onun sözlərinə görə, indiki şəraitdə bu, həm müharibə aparmağın, həm də Rusiyanı danışıqlara məcbur etməyin ən effektiv üsuludur:

"Uzaqmənzilli raketlərin Rusiya ərazisindəki hərbi obyektlərə tətbiq edilməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması müharibənin eskalasiyasına deyil, onun başa çatmasına aparan yoldur. Çünki bu tipli silahların, hərbi aviasiyanın, eləcə də hava hücumundan müdafiə vasitələrinin Rusiyaya qarşı istifadə edilməsi nəticəsində Kremldə başa düşəcəklər ki, Rusiya ordusu heç vaxt Ukraynadakı müharibədə uğur qazana bilməyəcək və bunun nəticəsi onlar üçün ağır olacaq".

Oxşar xəbərlər

Almaniya MN: Ukrayna bizim verdiyimiz silahlardan öz məqsədinə uyğun istifadə edə bilər
Baş Qərargah rəisi HHQ hərbi hissələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb
Ukrayna XİN: Rusiyanın Kursk vilayətinin ərazisini ələ keçirməkdə maraqlı deyilik
İsrailin müdafiə naziri: “2024-cü il “müharibə və qələbə ili” olacaq”
Rusiyanın hərbi karvanı Kurskda atəşə tutulub, 26 hərbçi ölüb, 100-dən çoxu yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər