Главная > Asiya > Rəcəb Tayyib Ərdoğan Şahbaz Şəriflə telefon danışığı aparıb
Rəcəb Tayyib Ərdoğan Şahbaz Şəriflə telefon danışığı aparıb7-05-2025, 20:50. Разместил: Rss Bot Apa |
|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı baş tutub. Sizinxeber.az-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, danışıq zamanı Hindistan və Pakistan arasındakı gərginlik, mayın 6-na keçən gecə baş verən hücum və cari hadisələr müzakirə edilib. Bundan əlavə, dövlət başçısı Türkiyənin Pakistanın bu prosesdə apardığı təmkinli siyasətini dəstəklədiyini, Cammu və Kəşmirdəki terror aktı ilə bağlı qərəzsiz, şəffaf və etibarlı beynəlxalq araşdırma aparılması təklifinin məqsədəuyğun olduğunu vurğulayıb. Ərdoğan, həmçinin,Türkiyənin gərginliyin artmasının qarşısını almaq üçün əlindən gələni etməyə hazır olduğunu və bu mövzuda diplomatik təmasların davam etdiriləcəyini bildirib. Вернуться назад |