Главная > Asiya > İsrail Colan yüksəkliklərindəki yaşayış məntəqələrində demoqrafik artımı stimullaşdıracaq
İsrail Colan yüksəkliklərindəki yaşayış məntəqələrində demoqrafik artımı stimullaşdıracaq15-12-2024, 19:50. Разместил: Rss Bot Apa |
|
İsrail Hökuməti Colan yüksəkliklərindəki yaşayış məntəqələrində demoqrafik artımı stimullaşdırmağı nəzərdə tutan planı bəyənib. Sizinxeber.az-nın xəbərinə görə, bu barədə Baş nazir Binyamin Netanyahunun dəftərxanası məlumat yayıb. Bu planın reallaşdırılması üçün 40 milyon şekel (11,1 milyon dollar) vəsait ayrılacaq. Qeyd edilib ki, Baş nazir müharibəni və Suriyaya qarşı yeni cəbhəni nəzərə alaraq Colandakı yaşayış məntəqələrində demoqrafik artımın stimullaşdırılmasını nəzərdə tutan proqramın birinci mərhələsini bu gün hökumətin təsdiqi üçün təqdim edib. Plan Nazirlər Kabinetində yekdil şəkildə qəbul edilib. Açıqlamada Colan yüksəkliklərindəki yaşayış məntəqələrinin möhkəmlənməsinin İsrail Dövlətinin möhkəmlənməsi demək olduğu vurğulanıb. Qeyd edək ki, Colan yüksəklikləri İsrail və Suriya arasında mübahisə mövzusudur. Вернуться назад |