Главная > Asiya > Pakistanda polis konvoyuna hücum zamanı 8 polis həlak olub, 4 terrorçu zərərsizləşdirilib
Pakistanda polis konvoyuna hücum zamanı 8 polis həlak olub, 4 terrorçu zərərsizləşdirilib21-07-2025, 15:50. Разместил: Rss Bot Apa |
|
Pakistanın şimal-qərbində yerləşən Orakzai bölgəsində terrorçular təhlükəsizlik qüvvələrinin konvoyuna ağır silahlarla hücum ediblər. APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, təhlükəsizlik qüvvələri ilə terrorçular arasında qarşıdurma baş verib. Hadisə nəticəsində Pakistan təhlükəsizlik qüvvələrinin 8 əməkdaşı həlak olub, 11-i isə yaralanıb. Terrorçulardan dördü zərərsizləşdirilib. Qeyd edək ki, cari ilin əvvəlindən bəri Pakistanda, əsasən təhlükəsizlik əməkdaşları olmaqla, 320-dən çox şəxs terror hücumları nəticəsində həyatını itirib. Вернуться назад |