Главная > Asiya > Türkiyə və Rusiya XİN başçıları Ukrayna böhranını müzakirə edib - YENİLƏNİB
Türkiyə və Rusiya XİN başçıları Ukrayna böhranını müzakirə edib - YENİLƏNİB26-07-2024, 15:00. Разместил: Rss Bot Apa |
|
Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrovla Hakan Fidan Laosda keçirilən təkbətək görüşü zamanı tərəflər Ukrayna müharibəsi ətrafında geniş fikir mübadiləsi aparıb. APA-nın xəbərinə görə, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, danışıqlarda iki ölkə arasında energetika sahəsində əməkdaşlıq, Qəzza sektoru və Suriyada vəziyyət, eləcə də digər regional məsələlər gündəmə gətirilib. *** 12:55 Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrovla Hakan Fidan Laosda keçirilən ASEAN ölkələri XİN başçılarının sammiti çərçivəsində təkbətək görüşüb. APA xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, rəsmi foto çəkdirildikdən sonra görüş jurnalistlərin iştirakı olmadan davam etdirilib. Eyni zamanda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi “Teleqram” kanalında danışıqlardan sonra mətbuat nümayəndələrinə geniş məlumat veriləcəyi barədə informasiya yerləşdirilib.
Вернуться назад |