“Al Jazeera” İsrailin Qəzzaya yeni zərbələri nəticəsində azı 78 nəfər ölüb
sizinxeber.az xəbər saytı

“Al Jazeera” İsrailin Qəzzaya yeni zərbələri nəticəsində azı 78 nəfər ölüb


Bu gün İsrailin Qəzza zolağına endirdiyi yeni hava zərbələri nəticəsində azı 78 nəfər həlak olub.

Sizinxeber.az xəbər verir ki, bu barədə Qətər telekanalı “Al Jazeera” məlumat yayıb.

Məlumata əsasən, İsrail ordusu Fələstin anklavının şimal, mərkəzi və cənub bölgələrinə hücumlar təşkil edir.

Martın 18-də İsrail ordusu yanvar ayında tətbiq olunan atəşkəs rejimini pozaraq Qəzza zolağında hərbi əməliyyatlara yenidən başlayıb və genişmiqyaslı zərbələr endirib. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi əməliyyatın məqsədinin bütün girovların azad olunması olduğunu bildirib.

Radikal HAMAS hərəkatı isə atəşkəsin pozulmasına görə məsuliyyəti İsrail və ABŞ-ın üzərinə qoyub.

Oxşar xəbərlər

İsrailin Qəzzaya son hücumları nəticəsində 15 nəfər ölüb
Al Jazeera: İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 70-i ötüb
İsrailin Qəzza zolağına hücumları nəticəsində azı 60 fələstinli həlak olub
İsrailin Qəzzada hərbi əməliyyatları bərpa etməsindən sonra 320-dən çox uşaq ölüb
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 20-dən çox insan ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle