İran XİN: Trampın məktubunun məzmunu açıqlamaq fikrimiz yoxdur » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
mar
2025
12:50

İran XİN: Trampın məktubunun məzmunu açıqlamaq fikrimiz yoxdur

17 mar, 2025
12:50
717

İran XİN: Trampın məktubunun məzmunu açıqlamaq fikrimiz yoxdur

Hazırda ABŞ Prezidenti Donald Trampın məktubunu mediaya yaymaq fikrimiz yoxdur.

Sizinxeber.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü mətbuat konfransında deyib.

“Trampın məktubunun məzmununu açıqlamaq fikrimiz yoxdur. Məktubun məzmunu Trampın ictimai bəyanatları ilə yaxından üst-üstə düşür”, - İran XİN rəsmisi bildirib.

Onun sözlərinə görə, araşdırmalar başa çatdıqdan sonra məktuba müvafiq şəkildə cavab veriləcək.

Qeyd edək ki, Donald Tramp martın 6-da İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə məktub göndərdiyini və nüvə proqramı ilə bağlı İranla razılaşmaya üstünlük verdiyini açıqlayıb. Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik müşaviri martın 12-də Trampın məktubunu İrana çatdırıb.

Bizimlə əlaqə saxlayın