İsrail ordusu Hizbullahın illərdir qurduğu infrastruktura 300-dən çox zərbə endirib
sizinxeber.az xəbər saytı

İsrail ordusu Hizbullahın illərdir qurduğu infrastruktura 300-dən çox zərbə endirib


İsrail Müdafiə Qüvvələri (IDF) Hizbullahın uzun illər ərzində qurduğu infrastruktura dəqiq kəşfiyyat məlumatlarına əsaslanaraq geniş və fəal hava hücumu həyata keçirib.

APA xəbər verir ki, bu barədə IDF sözçüsü Daniel Hagari mediaya açıqlamasında bildirib.

Onun sözlərinə görə, "səhər saatlarından etibarən 300-dən çox hədəfə zərbə endirilib və IDF sözçüsü əlavə edib ki, bu gün İsrail Hərbi Hava Qüvvələrinin vurduğu “hər ev” Hizbullah tərəfindən silah saxlamaq üçün istifadə olunub":

“Biz arxa cəbhə üçün vəziyyətin qiymətləndirilməsini aparırıq və bu mərhələdə təlimatlarda heç bir dəyişiklik yoxdur. Müharibə boyu indiyə qədər etdiyiniz kimi, ayıq və sayıq olmalısınız”.

Daniel Hagari “Livanın Beka vadisində mülki şəxslərə xəbərdarlıq edərək, onları Hizbullahın silah saxladığı evlərdən qaçmağa çağırıb”.

“Yaxın vaxtlarda Beka vadisindəki terror hədəflərini vurmağa hazırlaşırıq. Hizbullah strateji silahlarını orada, mülki binalarda saxlayır və əhalidən canlı qalxan kimi istifadə edir və bilərəkdən onu təhlükəyə atır”, - o mətbuat konfransında deyib.

Oxşar xəbərlər

İsrail Hizbullah hədəflərinə hücumda 100-ə yaxın döyüş təyyarəsindən istifadə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail "Hizbullah"ın Beyrutdakı strateji bölməsinin rəhbəri Fuad Şükrü məhv etdiyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Müdafiə Qüvvələri: “Hizbullah” İsrailə 230 raket və 20 PUA ilə hücum edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HHQ hücuma hazır olması barədə xəbərdarlıq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Ordusu Livanın cənubunda Hizbullahın raket qüvvələrinə zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər