İsrail İranın zərbə endirəcəyi təqdirdə, müttəfiqlərdən Tehrana hücumda dəstək gözləyir
sizinxeber.az xəbər saytı

İsrail İranın zərbə endirəcəyi təqdirdə, müttəfiqlərdən Tehrana hücumda dəstək gözləyir


İsrailin xarici işlər naziri İsrael Katz ölkəsində səfərdə olan fransız və britaniyalı həmkarları ilə görüşüb.

Sizinxeber.az xəbər verir ki, bu barədə İsrael Katz "X" platformasında bildirib.

XİN rəhbəri İranın İsrailə zərbə endirəcəyi təqdirdə, müttəfiqlərdən Tehrana hücum etməkdə dəstək gözlədiyini deyib.

”İran hücum edərsə, koalisiyanın təkcə müdafiədə deyil, həm də İrandakı əhəmiyyətli hədəflərə hücumda İsrailə qoşulmasını gözləyirik", - diplomat qeyd edib.

Katz İsraildə səfərdə olan baş diplomatlara ölkəsinin girovların azad edilməsi ilə bağlı razılaşmaya hazır olduğunu, lakin HAMAS-ın danışıqlar zamanı İranın hücumu ərəfəsində tələblərini sərtləşdirə biləcəyini vurğulayıb.

Oxşar xəbərlər

İsrail XİN "Hizbullah"ın tərksilah edilməsini tələb edib
İsrailin xarici işlər naziri Katz Türkiyəni NATO-dan çıxarmağa çağırıb
İsrail HHQ hücuma hazır olması barədə xəbərdarlıq edilib
Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib
Ostin: ABŞ HAMAS liderinin öldürülməsindən sonra bölgədə gərginliyi azaltmağa çalışacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər