Haniyənin öldürülməsində hava-yer raketindən istifadə olunduğu bildirilir
İranın yarı rəsmi Fars Xəbər Agentliyinin yaydığı məlumata görə HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı ilkin araşdırmalar onu göstərir ki, sui-qəsd havadan yerə atılan raketlə həyata keçirilib.
Sizinxeber.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusuna yaxınlığı ilə tanınan Fars Xəbər Agentliyi İranda rəsmi qonaq olaraq öz iqamətgahında qətlə yetirilən HƏMAS lideri Haniyənin öldürülməsi ilə bağlı ilkin araşdırmaların nəticələrini paylaşıb.
Məlumatda Tehranın şimalında Haniyənin qonaq olaraq qaldığı evin dördüncü mərtəbəsinə hava-yer raketi atıldığı, partlayış nəticəsində Haniyənin olduğu otağın pəncərələri və tavanının dağıntıya məruz qaldığı bildirilir.
Qeyd edək ki, “New York Times” qəzeti sui-qəsdin aylar əvvəl həmin evə gizli şəkildə qoyulan bombanın partladılması nəticəsində baş verdiyini yazmışdı.
Oxşar xəbərlər
KİV: Haniyə Tehrandakı qonaq evinə yerləşdirilən partlayıcı qurğu ilə öldürülüb
NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib
İran XİN Haniyənin öldürülməsində ABŞ-ı da ittiham edib
"Hizbullah" lideri İsraili hədələyib
Rusiya Federasiyası İsmayıl Haniyənin qətlini pisləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













