Türkiyə Ordusunun 19 əsgəri İraqda mağarada metan qazından zəhərlənib, 5-i həyatını itirib
sizinxeber.az xəbər saytı

Türkiyə Ordusunun 19 əsgəri İraqda mağarada metan qazından zəhərlənib, 5-i həyatını itirib


İraqın şimalında bir mağarada əməliyyat-axtarış tədbirləri zamanı Türkiyə Ordusunun 19 hərbçisi metan qazından zəhərlənib, 5-i həyatını itirib.

Sizinxeber.az-nın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 28 may 2022-ci ildə İraqın şimalında Pençe-Kilit Əməliyyatı bölgəsində əməliyyat-axtarış tədbirləri zamanı PKK terrorçularının açdığı atəş nəticəsində Nuri Melih Bozkurt şəhid olub. Həmin vaxt intensiv atəşlə əlaqədar onun meyitini çıxarmaq mümkün olmayıb. Bu gün – iyulun 6-da Nuri Melih Bozkurtun nəşinin tapılması üçün mağarada əməliyyat-axtarış tədbiri həyata keçirilib və əməliyyat zamanı 19 əsgər metan qazından zəhərlənib.

Vertolyotla xəstəxanaya yerləşdirilən 19 əsgərdən 5-i həyatını itirib.

Oxşar xəbərlər

Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında 13 terrorçunu zərərsizləşdirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə ordusu İraqın şimalında 12 terrorçunu zərərsizləşdirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə İraqda əməliyyat keçirdi: 17 terrorçu öldürüldü [xfgiven_updateblue][/xfgiven_updateblue]
İraq və Suriyanın şimalında 9 terrorçu zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Salyanda 19 yaşlı qadın dəm qazından boğulub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle