Главная > Amerika > ABŞ Rusiya və Ukraynanın danışıqlardakı mövqelərinin detallarını əldə edib

ABŞ Rusiya və Ukraynanın danışıqlardakı mövqelərinin detallarını əldə edib


21-08-2025, 05:50. Разместил: Rss Bot Apa

Amerika Birləşmiş Ştatları Rusiya və Ukraynanın danışıqlardakı mövqelərinin konkret detallarını əldə edib və onların üzərində işləyir.

APA xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində bildirib.

“Nəhayət detalları əldə etdik. Onların üzərində işləyirik, amma hələ hər şeyi sonadək düşünməmişik”, – deyə o qeyd edib.

“Ukrayna əmi olmaq istəyir ki, Rusiya bir daha onun ərazisinə müdaxilə etməyəcək. O, gələcəkdə öz ərazi bütövlüyünə əmin olmaq istəyir. Ruslar isə müəyyən əraziləri istəyirlər – onların çoxunu artıq işğal ediblər, bəzilərini isə yox. Danışıqların mahiyyəti bundadır”, – Vens əlavə edib.


Вернуться назад