Tramp və Putini Alyaska səfərində müşayiət edən rəsmilərin adları açıqlanıb
sizinxeber.az xəbər saytı

Tramp və Putini Alyaska səfərində müşayiət edən rəsmilərin adları açıqlanıb


Ağ Ev Alyaskaya səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampla birlikdə “Bir nömrə bort”da olan rəsmilərin siyahısını yayıb.

Sizinxeber.az xəbər verir ki, siyahıya dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Latnik, xüsusi nümayəndə Stiv Uitkoff, mətbuat katibi Kerolayn Levit və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff daxildir.

Məlumata görə, siyahıda vitse-prezident Cey Di Vens yer almayıb.

Qeyd edək ki, Prezident Vladimir Putinin Alyaskaya səfərində onu müşayiət edən nümayəndə heyətinin tərkibi də açıqlanıb. Heyətdə xarici işlər naziri Sergey Lavrov, maliyyə naziri Anton Siluanov, müdafiə naziri Andrey Belousov, prezidentin köməkçiləri Yuri Uşakov və Kiril Dmitriev yer alır.

Oxşar xəbərlər

Uşakov: Rusiya və ABŞ prezidentlərinin görüşünün proqramı artıq razılaşdırılıb
Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqları başa çatıb- VİDEO - YENİLƏNİB
Lavrov və Rubio Alyaska görüşünün hazırlıqlarına dair müzakirələr aparıblar
KİV: Sergey Lavrov İstanbul görüşündə iştirak etməyəcək
Rubio: ABŞ-da məsləhətləşmələr göstərdi ki, Rusiya - Ukrayna sülhü mümkündür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle