Главная > Müharibə / Siyasət > 44 günlük Vətən müharibəsinin xronikası: 9 oktyabr
44 günlük Vətən müharibəsinin xronikası: 9 oktyabr9-10-2023, 09:06. Разместил: izzet |
|
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Trend Vətən müharibəsinin xronikasını təqdim edir. - Prezident İlham Əliyev xalqa müraciət edib. Ali Baş Komandan Azərbaycan Ordusunun Hadrut qəsəbəsini və bir neçə kəndi işğaldan azad etdiyini və düşmənin məhv edilən, ələ keçirilən texnikalarının sayını açıqlayıb. - Prezident İlham Əliyevin "CNN International" televiziya kanalının "Connect the World" verlişinə və "Sky News" televiziya kanalına müsahibə verib. - Ermənistan ordusunun daha bir qərargahı dağıdılıb, artilleriya rəisi məhv edilib. Müdafiə Nazirliyi dünən düşmənin məhv edilən və ələ keçirilən texnikalarının sayını açıqlayıb. - Müdafiə Nazirliyi işğaldan azad edilən Cəbrayıl rayonunun videogörüntülərini paylaşıb. - Düşmən Goranboy, Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutub. Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunu raket və artilleriya atəşinə tutub, 3 nəfər yaralanıb. Ermənilərin atəşi nəticəsində ANAMA-nın əməkdaşı ağır yaralanıb. - Ermənistanın xeyli sayda hərbi texnikasının məhv edildiyi videogörüntülər yayılıb. - Ermənistan Silahlı Qüvvələri Mingəçevir şəhərini, Bərdə, Ağcabədi və Ağdam rayonlarının ərazilərini intensiv atəşə tutub. - Azərbaycan Ordusu düşmənin daha bir neçə hərbi texnikasını ələ keçirib. Düşmənin atıb getdiyi hərbi texnika Azərbaycan Ordusunun hərbi texnikasının rəngində rənglənib. - Azərbaycan Ordusunun bölmələrinin keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmənin xeyli sayda "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib. - Ermənistandan Mingəçevir istiqamətində atılan raket göydə məhv edilib. - Müdafiə Nazirliyi Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan və Talış kəndinin videogörüntüsünü yayıb. - Baş Prokurorluğun məlumata görə, Ermənilərin Ağdama raket atması nəticəsində 4 mülki şəxs yaralanıb. - Düşmənin Prima yaylım atəş sisteminin, 25 nəfər əsgər və zabitini döyüş bölgəsinə gətirən hərbi maşın hərəkətdə məhv edilməsinin videogörüntüləri yayılıb - Müdafiə Nazirliyi düşmənin atəş mövqeyinə çıxardığı zirehli texnikalarının məhv edilməsinin videogörüntüsünü yayıb. Вернуться назад |