Главная > Hərbi > İtaliyalı zabit Azərbaycan HDQ tərəfindən təltif olunub
İtaliyalı zabit Azərbaycan HDQ tərəfindən təltif olunub23-05-2025, 10:50. Разместил: Rss Bot Apa |
|
İtaliyalı zabitə Azərbaycan HDQ komandanı adından “Dənizçi kortiki” hədiyyə olunub. Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, "Azərbaycan Respublikasının müdafiə naziri ilə İtaliya Respublikasının müdafiə naziri arasında Hərbi Dəniz Qüvvələrinin (HDQ) şəxsi heyətinin təlim və təhsili sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu"na əsasən, hər iki ölkənin hərbi qulluqçular yetişdirən xüsusi təyinatlı təhsil müəsisələrində təhsilin təşviqi məqsədilə uğur qazanaraq fərqlənən məzunlara HDQ komandanlığı adından xatirə hədiyyələri təqdim olunur. Qeyd edilib ki, Niyyət Protokolunun müddəalarına uyğun olaraq, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun HDQ fakültəsini fərqlənmə ilə bitirən bir zabitə isə İtaliya HDQ komandanlığı adından “Tələbələrin şərəf qılıncı” hədiyyə edilir.
Вернуться назад |