Главная > Hərbi > Azərbaycan Ordusunda silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirilib - VİDEO
Azərbaycan Ordusunda silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirilib - VİDEO16-05-2025, 11:50. Разместил: Rss Bot Apa |
|
2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun bütün qoşun növləri və hərbi hissələrində silahların, döyüş və xüsusi texnikaların, eləcə də aviasiya vasitələrinin yaz-yay mövsümü istismarı rejiminə keçirilməsi üzrə kompleks tədbirlər keçirilib. Sizinxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi hissələrin texniki xidmət məntəqələrində silahların və texnikaların yaz-yay mövsümündə fasiləsiz, dayanıqlı istismarını təmin etmək məqsədilə iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla yanacaq-sürtkü materialları dəyişdirilib, elektrik sistemlərinin vəziyyəti yoxlanılıb və onlara mövsümi qulluq göstərilib.
Вернуться назад |